AZ

Yığmamız yarımfinalda mübarizəni dayandırıb

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib.
Sport24.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi növbəti matçına çıxıb.
Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gəlib. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Kosovalılar 76:41 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, millimiz sabah 3-cü yer uğrunda oyunda mübarizə aparacaq.
U-16-lar (oğlanlar) arasında Avropa çempionatıC divizionu, yarımfinal13 iyul19:00. Kosovo - Azərbaycan - 76:41 (13:12, 23:9, 19:16, 21:4)Feti Borova Milli Olimpiya Mərkəzi

Seçilən
69
2
sport24.az

3Mənbələr