AZ

Basketbol millimiz mübarizəni yarımfinalda dayandırıb

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib. Albaniyanın paytaxtı Tiranada təşkil edilən turnirdə çıxış edən Azərbaycan millisi növbəti matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gəlib. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Kosovalılar 76:41 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, millimiz sabah 3-cü yer uğrunda oyunda mübarizə aparacaq.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı

C divizionu, yarımfinal

13 iyul

19:00. Kosovo - Azərbaycan - 76:41 (13:12, 23:9, 19:16, 21:4)

Feti Borova Milli Olimpiya Mərkəzi

Seçilən
65
2
cbcsport.az

3Mənbələr