AZ

Premyer Liqa: 2024/2025 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunmuş mərasimdə Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.

Elgiz Abbasov tədbirdə yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.

Püşkatmada 33-cü dəfə keçiriləcək və 10 komandanın – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

Premyer Liqa
1-ci tur

Araz-Naxçıvan – Qarabağ
Şamaxı – Sabah
Zirə – Səbail
Neftçi – Turan Tovuz
Sumqayıt -Kəpəz

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.

Seçilən
57
9
arena.az

10Mənbələr