AZ

Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılıb

Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.

33-cü dəfə keçiriləcək və 10 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

Misli Premyer Liqası

I tur

"Araz-Naxçıvan" - "Qarabağ"

"Şamaxı" - "Sabah"

"Zirə" - "Səbail"

'Neftçi" - "Turan -Tovuz"

"Sumqayıt" - "Kəpəz"

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümü avqustun 2-də başlayacaq. Turnir "CBC Sport"la futbolsevərlərə canlı təqdim ediləcək.

Seçilən
53
9
cbcsport.az

10Mənbələr