AZ

Bu Avropa ölkəsində FLIRT tüğyan edir

Niderlandda koronavirusa yoluxma hallarında artım müşahidə edilir.

Medicina.az xəbər verir ki, FLIRT kimi tanınan yeni koronavirus variantı isti havalara baxmayaraq sürətlə yayılır.

Erasmus Universitetinin Rotterdam Tibb Mərkəzinin virusologiya üzrə professoru Marion Kopmans virusun yayılma dərəcəsinin ən dəqiq göstəricisinin onun çirkab sulardakı miqdarı olduğunu bildirib.

Onun sözlərinə görə, çirkab sulardakı virus hissəciklərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

"Bununla belə xəstəliyin indiki dalğasını əvvəlkilərlə müqayisə etmək olmaz. Koronavirus indi əvvəlkindən daha az ciddi nəticələrə səbəb olur. Hazırda yoluxma hallarının artmasına baxmayaraq, xəstəxanaya yerləşdirilənlərin sayında artım yoxdur", - deyə professor qeyd edib.


Aysel

Seçilən
156
7
medicina.az

10Mənbələr