Manset.az Baku TV-yə istinadən xəbər verir ki, cinayət baş verən zaman ailənin xanımı işdə olub. Həmin qadın növbəli işdə çalışır. Hadisədən sonra Rza Eyyubov özünə şüşə qırığı ilə xəsarət yetirib. Qonşuların sözlərinə görə, ailə başçısı R.Eyyubov spirtli içki aludəçisi olub. O, dəfələrlə azyaşlı övladlarını döyüb, onları spirtli içki almağa vadar edib. Qonşular ailənin 5-6 il əvvəl bu əraziyə köçdüyünü, işləmədiyini, əsasən tibbi spirt içdiyini qeyd ediblər. Hadisə zamanı ailənin üçüncü övladı qonşuya qaçmağa müvəffəq olub. Dəhşətli hadisə barədə danışan qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub. "Səs gəldi, çölə çıxanda gördük ki, Əli yerdə çabalayır. İçəridən xəbərimiz yox idi. Evə girəndə isə gördük ki, digər oğluna da çoxsaylı bıçaq zərbələri endirib. Evin hər yeri qan idi", - hadisə şahidi deyib. *** 09:13 Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Manset.az APA -ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.