AZ

Hər yer qan idi — Qonşular Bakıdakı qandonduran hadisə barədə hər şeyi danışdı

Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin təfərrüatı məlum olub.



İctimaimedia.az xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisə baş verən ərazidə olub.



Dəhşətli hadisə barədə danışan qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub.



«Səs gəldi, çölə çıxanda gördük ki, Əli yerdə çabalayır. İçəridən xəbərimiz yox idi. Evə girəndə isə gördük ki, digər oğluna da çoxsaylı bıçaq zərbələri endirib. Evin hər yeri qan idi», — hadisə şahidi deyib.

Seçilən
51
1
ictimaimedia.az

4Mənbələr