AZ

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.

SeherXeber.org xəbər verir ki, görüşdə bir sıra ikitərəfli məsələlər, Fondun İtaliyada həyata keçirdiyi layihələr müzakirə edilib.

Danışıqlar zamanı ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi diqqət mərkəzində olub. COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, o cümlədən gələcəkdə İtaliya tərəfi ilə Heydər Əliyev Mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mədəni layihələr nəzərdən keçirilib.

Seçilən
135
28
seherxeber.org

10Mənbələr