AZ

İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması müzakirə olunub

“İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik”.

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib. Nazir paylaşımında müzakirə olunan məsələləri də sadalayıb:

  • İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;
  • İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;
  • Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi.
Seçilən
164
1
valyuta.az

10Mənbələr