AZ

Parisə görə təpiklənən İrəvan: Rusiya Ermənistanı bu layihələrdən çıxarır

Fransa uzun müddətdir Rusiyanı Cənubi Qafqazda regiondan sıxışdırıb çıxarmaq istəyini Ermənistanla “dost, müttəfiq” pərdəsi arxasında gizlədir. İstər Ermənistan-Azərbaycan sülh danışıqlarını sabotaj etmək, silah alveri, istərsə də Avropa İttifaqı müşahidə missiyasında diktəedici rola sahib olmaq cəhdi nə Rusiya ilə İranın, nə də Azərbaycanla Türkiyənin nəzərindən yayınır.

Məsələ burasındadır ki, Qərbin bütün planlarına həvəslə “hə” deyən Paşinyan çanağın Ermənistanın başında çatlamasından bixəbər kimi görünür.

Fransa öz maraqları üçün sülh danışıqlarını sabotaj edir

Fransa Qərb platformasında keçirilən danışıqlarda tərəfsizliyini qoruya bilmədiyi üçün Azərbaycanın sərt mövqeyi ilə üzləşib. Vasitəçi kimi neytrallığını qorumalı olan Paris tərəfkeşlik edir, Ermənistanı qızışdıraraq diplomatik qalmaqala səbəb olur. Sırf bu səbəbdən Azərbaycan tərəfi Qranada görüşündən imtina edib. Brüssel görüşü də alınmayıb. Qısacası, Fransanın danışıqlarda tərəfkeşliyi və erməni havadarlığı Azərbaycanın səbir kasasını doldurub və Bakı Qərb platformasının artıq effektiv olmadığına işarə edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq tərəflər arasında ikitərəfli görüşlərin daha effektiv olacağını vurğulayıb. Danışıqların Fransa tərəfindən sabotaj edilməsi həm Rusiyanın qəzəblənməsinə, həm sülh müqaviləsinin imzalanmasına, həm də regionun inkişafına mənfi təsir göstərir. İqtisadiyyatı can üstündə olan Ermənistana isə qısa müddətə sülh müqaviləsini imzalamaq, regiondakı nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına kömək etmək, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq hava və su kimi vacibdir.

“İrəvan silahların pulunu necə ödəyəcək?”

Fransa Ermənistana hərbi sahədə dəstək göstərməyi də öhdəsinə götürüb. Bu yaxınlarda Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri tərəflər arasında müqavilə imzalanması ilə başa çatıb. Müqaviləyə əsasən, Fransa Ermənistana 3 ədəd “GM200” radarı və “ZPK Mistral” sistemi satmaqla yanaşı, xüsusi təyinatlıların hazırlanmasında peşəkar kömək edəcəyini də boynuna götürüb. Müqavilədən də görünür ki, irihəcmli silah alverindən söhbət getmir və məsələ rəsmi Paris tərəfindən siyasiləşdirilib. Müqavilənin altında isə Rusiyanı regiondan qovmaq, öz silahlarını bölgə ölkələrinə tanıtmaq məqsədi gizlənib. Makronun Ermənistanı lazım olan silah-sursatla təmin etməyəcəyi gün kimi aydındır. Çünki hələ Suren Papikyan Parisdə olanda “Le Monde” qəzetində “İrəvan silahların pulunu necə ödəyəcək?” başlıqlı məqalə dərc edilmişdi.

Seçilən
888
50
publika.az

10Mənbələr