AZ

Məğlubiyyətin nə olduğunu bilməyən millimiz AÇ-nin finalında

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıblar.

Oyuna fəal başlayan millimiz, rəqib üzərində 66:49 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar.

Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Kosovo – Albaniya görüşünün qalibi olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
futbolinfo.az

6Mənbələr