AZ

Millimiz Avropa çempionatının finalına yüksəldi

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Sportal.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıblar. Oyuna fəal başlayan millimiz rəqib üzərində 66-49 hesablı qələbəyə sevinib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib.

Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar. Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
sportal.az

6Mənbələr