AZ

Daha bir millimiz Avropa çempionatında finala YÜKSƏLDİ

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində ev sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi də Avropa çempionatının finalına yüksəlib.

Bizim.Media

Seçilən
52
11
bizim.media

10Mənbələr