AZ

“Sabah” ilk matçda uduzdu - Yenilənib

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 3-cü təsnifat mərhələsində ilk maçtına çıxır.

“Qafqazinfo” xəbər verir ki, Bakı təmsilçisi İrlandiyada “Sent-Patriks Atletik”in qonağıdır.

Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah”
Baş hakim: Vilyalmur Torarinsson
Baş hakimin köməkçiləri: Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson
Dördüncü hakim: Helgi Mikel Yonasson
(Hakimlər briqadası İslandiyadandır).
VAR hakimləri: Darren Enqland, Neil Davies (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.

***

Matç başladı.

***

Meydan sahibləri 35-ci dəqiqədə hesabı açır. Palmer fərqlənir.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Matç başa çatdı. “Sabah” rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

Seçilən
36
7
qafqazinfo.az

10Mənbələr