AZ

UEFA Konfrans Liqası: "Sabah" səfər matçından məğlub ayrılıb - Yenilənib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

SeherXeber.org xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Romal Palmer təmsilçimizin qapısından keçirib.

Qeyd edək ki, "Sabah" və "Sent Patriks Atletik"arasındakı cavab qarşılaşması avqustun 15-i "Bank Respublika Arena"da reallaşacaq.

***

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 3-cü təsnifat mərhələsində ilk maçtına çıxır.

“SeherXeber.org ” xəbər verir ki, Bakı təmsilçisi İrlandiyada “Sent-Patriks Atletik”in qonağıdır.

Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Avropa Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

8 avqust

22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah”

Baş hakim: Vilyalmur Torarinsson

Baş hakimin köməkçiləri: Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson

Dördüncü hakim: Helgi Mikel Yonasson

(Hakimlər briqadası İslandiyadandır).

VAR hakimləri: Darren Enqland, Neil Davies (hər ikisi İngiltərə).

Dublin. “Tallayt” stadionu.

Seçilən
53
10
seherxeber.org

10Mənbələr