AZ

Paris-2024: Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş görüş

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Qaşım Maqomedov və Həsrət Cəfərov alqışlarla qarşılanıblar. Tədbir iştirakçıları idmançılarımızı qələbələri münasibətilə təbrik edib, onlarla qürur duyduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Olimpiya Komandasının üzvləri, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər. Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunu qazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib və Azərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında müxtəlif Azərbaycan musiqiləri səsləndirilib.

İdman.biz

Seçilən
25
4
idman.biz

4Mənbələr