AZ

Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib (FOTO)

Bakı. Trend:

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyətgöstərən Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinəhəsr olunmuş görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Olimpiya Oyunlarında gümüş vəbürünc medal qazanan idmançılarımız Qaşım Maqomedov və HəsrətCəfərov alqışlarla qarşılanıblar.

Tədbir iştirakçıları idmançılarımızı qələbələri münasibətilətəbrik edib, onlarla qürur duyduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Olimpiya Komandasının üzvləri, Olimpiya vədünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlifölkələrin rəsmi nümayəndələri, Paris-2024 Yay Olimpiya Oyunlarındaölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, Azərbaycandiasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunuqazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib vəAzərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasındamüxtəlif Azərbaycan musiqiləri səsləndirilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
19
4
az.trend.az

4Mənbələr