AZ

Tayland yeni liderini seçdi - Atası və əmisi də baş nazir olub - FOTO

Bu gün Tayland parlamentində keçirilən səsvermə nəticəsində iqtidar partiyasının lideri Paetonqtarn Şinavatra ölkənin yeni baş naziri seçilib. O, Taylandın keçmiş baş nazirlərindən olan Taksin Şinavatranın kiçik qızı və digər keçmiş baş nazir Yinqlak Şinavatranın qardaşı qızıdır.

Tayland Konstitusiya Məhkəməsi son günlərdə Baş nazir Srettha Thavisini ani bir qərarla vəzifəsindən azad edib. Bu qərardan sonra iqtidar və koalisiya partiyaları tərəfindən yeni namizəd olaraq irəli sürülən 37 yaşlı Paetonqtarn Şinavatra bu gün səhər saatlarında keçirilən səsvermə nəticəsində 31-ci baş nazir olub.

Taylandın ən zəngin ailələrindən biri kimi tanınan Şinavatra ailəsindən gələn Paetonqtarn gənc yaşlarında atasının seçki kampaniyalarında iştirak edib. O, atasının 2001-2006-cı illərdə Taylandın 23-cü Baş naziri olaraq çalışdığı dövrdə ictimaiyyət tərəfindən tanınıb. 

Ölkədə 2016-cı ildə həyata keçirilən hərbi çevrilişdən sonra dövrün baş naziri olan atası və xalası siyasi ittihamlar səbəbi ilə ölkəni tərk etmək məcburiyyətində qalıb. 21 avqust 1986-cı il təvəllüdlü Paetonqtarn, ali təhsilini İngiltərədə alıb və daha sonra vətəninə qayıdaraq Şinavatra ailəsinin şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
18
baku.ws

10Mənbələr