Fransanın Drom bölgəsində bir kənddə qış balı zamanı baş verən şiddətli hadisədə 16 yaşlı gənc həyatını itirib, 9 nəfər yaralanıb.“Le Figaro”nun məlumatına görə, Krepol kəndinin sakinləri noyabrın 18-nə keçən gecə şəhər meriyasına qış balına toplaşıblar.Jandarma rəsmiləri naməlum şəxslərin bal zalına basqın edərək kənd sakinlərinə bıçaqla hücum etdiyini açıqlayıb. Hadisədə 16 yaşlı gənc ölüb, 2-si ağır olmaqla 9 nəfər yaralanıb.Səlahiyyətlilər, 400-dən çox insanın olduğu zala basqın edən hücumçuların siyasi və ya dini motivli olmadıqlarına inandıqlarını ifadə edərək, hadisəni "döyüş" kimi qiymətləndiriblər.Hadisə ilə bağlı Valens Prokurorluğu araşdırma başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta