AZ

Ermənistanda keçmiş nazir müavini saxlanıldı

Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin mətbuat katibi Astgik Sarkisyan bildirib.

O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu hansı statusda apardığı məlum deyil:

“Faktla bağlı araşdırmalar aparılır. Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik, lakin təqsirsizlik prezumpsiyasını rəhbər tuturuq”.

Xatırladaq ki, daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyi istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.

Erməni KİV Ani İspiryan və digər şəxslərin həbsi ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün imzaladığı qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.


Müəllif: Teleqraf.com
Seçilən
123
31
teleqraf.com

10Mənbələr