AZ

İlin əvvəlində kapitalı ₼30 milyon kəsrdə olan inşaat şirkəti ₼990 minlik səhm buraxır

Azərbaycanda binalar inşaat edən “Kristal Bakı” ASC, hansı ki, “Kristal Abşeron”la eyni şəxsin idarəsi altındadır, 990 min manatlıq səhm buraxır, lakin bu səhmlər onun kapitalında ilin əvvəlinə olan defisiti tamamlamaq gücündə deyil.

Banker.az bu barədə emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Şirkətin nizamnamə kapitalı, ehtiyatları və eləcə də yığılmış mənfəətinin (zərərin) məcmusu sayılan cəmi kapital 1 yanvar 2024-cü il tarixinə son üç fəaliyyət ilində (ikisində satışlar edib) zərərlər etdiyi üçün kəsr 30.1 milyon manatdan yuxarı yüksəlib. Şirkətin hesabatına əsasən, 2021-ci ildə 2.38 mln. manat, 2022-ci ildə 11.97 mln. manat, 2023-cü ildə isə 15.45 mln. manat zərər edib. Bununla belə, növbəti illərdə şirkətin mənfəətə çıxması onun xalis aktivlər üzrə disbalansını bərpa edə bilər.

“Kristal Bakı”nın yeni qərarına əsasən, inşaat şirkəti hər bir səhmin nominal dəyəri 1 manat olan 990 min ədəd adi adsız səhm buraxacaq.

Bununla şirkətin səhm kapitalının həcmi 100 dəfə artımla 10 min manatdan 1 mln. manata yüksəlmiş olacaq.

“Kristal Bakı”nın əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışıdır. 2020-ci ildə təsis edilmiş “Kristal Bakı” ASC-nin nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin üç səhmdarı var və hər biri Azərbaycan vətəndaşıdır.

Onlar 50% ilə (5 000 səhm) Vəliyev Pərviz Ağalar oğlu, 25% ilə (2500) Nəbiyev Fərid Elbrus oğlu və 25% ilə (2 500) Nəbiyev Araz Mahayət oğludur. Şirkətin icra orqanına İbrahim Dostumalıyev Cəfər oğlu başçılıq edir. İbrahim Dostumalıyev həmçinin onunla eyni sektorda olan “Kristal Abşeron” Mənzil Tikinti Kooperativinin baş icraçı direktorudur.

Şirkət 2022-ci ildə 131.87 mln. manat, 2023-cü ildə 51.517 mln. manat, 2024-cü ilin ilk altı aylıq dövründə isə 318.12 mln. manat gəlir əldə edib.

Hesabatda əlavə olunub ki, emitent “Kristal Bakı” yalnız daxili bazarda müştərilərə etdiyi mənzil satışlarına baxmayaraq, yaşayış binaları təhvil verilmədiyi üçün həmin satışları gəlir kimi tanımır. Bundan fərqli olaraq isə “Kristal Bakı” yalnız daxili bazarda tikinti məhsullarının satış əməliyyatlarını həyata keçirəcək.

 

Seçilən
164
50
banker.az

10Mənbələr