AZ

Durovun mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxıldı

Fransada saxlanılan Pavel Durovun mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.

 

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

 

Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durovun saxlanma müddəti avqustun 28-nə qədər uzadılıb. 

 

Onu da xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Seçilən
144
10
modern.az

10Mənbələr