AZ

"Mançester Siti"dən ayrılan futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Joao Kanselonun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunub.

Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
76
24
milli.az

10Mənbələr