İngiltərənin "Arsenal" klubunun qapıçısı Aaron Ramsdeyl Premyer Liqanın digər təmsilçisi "Sauthempton"a transfer olunacaq.
"Far.Az"un "Sky Sports"a istnadən məlumatına görə, 26 yaşlı qolkiper üçün 25 milyon funt-sterlinq ödəniləcək.
Bu məbləğin 7 milyon funt-sterlinqi bonuslar şəklində olacaq. Qapıçı yaxın vaxtlarda tibbi müayinədən keçdikdən sonra "Sauthempton" klubuna qoşulacaq.
Qeyd edək ki, 2021-ci ildən “Arsenal”ın formasını geyinən A.Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.