AZ

"Arsenal"ın qapıçısı "Sauthempton"a keçib

İngiltərənin "Sauthempton" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın qapıçısı Aaron Ramsdeyli transfer edib.

26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Tərəflər sonradan bu müddəti daha bir mövsüm uzatmaq imkanına malikdir.

Qeyd edək ki, 2021-ci ildən “Arsenal”ın formasını geyinən Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.

Seçilən
50
3
cbcsport.az

6Mənbələr