AZ

UEFA "Qarabağ"ın rəqibini cərimələyib

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.

Seçilən
105
21
bakivaxti.az

10Mənbələr