"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsi üçün açıqdır.
ADY-dən bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
www.anews.az