ABŞ-nin Corciya ştatında yerləşən Barrou qraflığındaki Apalaçi liseyində atışma baş verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, təhsil müəssisəsi hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Buna silahlı şəxslərin binaya girməsi səbəb olub.
Azı 4 nəfərin yaralandığı bildirilir.
Silahlı insidenti törədənlərin kimliyi bilinmir.