AZ

İrəvanda naməlum şəxslər ABŞ vətəndaşını qaçırıblar

Bu gün sentyabrın 4-də İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının geyimində olan bir qrup naməlum şəxs ABŞ vətəndaşı olan 55 yaşlı Lusine M-ni qaçırıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

Mənbə qeyd edir ki, qaçırılan şəxsin əri də ABŞ vətəndaşıdır. O, eyni zamanda Ermənistanda tanınmış iş adamıdır.

Ermənistan polisi və istintaq orqanları oğurluq edənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görür və əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Erməni jurnalistlərinin məlumatına görə, qadın BMW markalı avtomobilinə minmək istəyərkən qaçırılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
148
50
konkret.az

10Mənbələr