AZ

ABŞ vətəndaşı Ermənistanda qaçırıldı

İrəvanda ABŞ vətəndaşı olan İrəvan sakini 55 yaşlı Lusine M-ni oğurlanıb.

Musavat.com xəbər verir ki, adam oğurluğunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının geyimində olan bir qrup naməlum şəxs həyata keçirib.

Erməni KİV-lərinin məlumatına görə, qaçırılan şəxsin Ermənistanda tanınmış iş adamı olan əri də ABŞ vətəndaşıdır.

Ermənistan polisi və istintaq orqanları oğurluq edənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.

Erməni jurnalistlərin məlumatına görə, qadın BMW markalı avtomobilinə minmək istəyərkən qaçırılıb.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
133
50
musavat.com

10Mənbələr