Münhenin mərkəzindəki İsrail Baş Konsulluğu qarşısında atışma səsləri eşidilir, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Focus-online” internet nəşri məlumat yayıb.
Hadisə yerində polisin xüsusi təyinatlıları və snayperləri var, helikopter də cəlb olunub.
Sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin silahlılarının Olimpiya kəndinə girərək iki nəfəri öldürdüyü və İsrail komandasının doqquz üzvünü girov götürdüyü terror aktının ildönümüdür.