AZ

Rusiya tərəflərin ikitərəfli formatda işləməsi üçün zəmanət verir" - Sergey Kopirkin

Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı vasitəçi” rolundan heç vaxt imtina etməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.

Onun sözlərinə görə, buna əyani sübut Rusiya prezidenti Vladimir Putinin tərəfdaşları ilə son təmasları, xüsusən avqustun 18-19-da Azərbaycana dövlət səfəri və bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti ilə telefon danışıqlarıdır: "Müsbət nəticə əldə etmək üçün Rusiyada lazımi təcrübə, materiallar və regionda müvafiq səlahiyyət var. Üstəlik, kollektiv Qərbdən fərqli olaraq biz Cənubi Qafqazı heç kimlə qarşıdurma zonası hesab etmirik. Artıq dünya ölkələrinin əksəriyyəti baş verən hadisələrin əsl məqsədini aydın dərk edirlər: regionu Rusiya ilə Qərbin növbəti qarşıdurma meydanına çevirmək, istənilən yolla və nəyin bahasına olursa olsun ölkəmizin maraqlarına zərər vurmaq".

Rusiya səfirinin sözlərinə görə, Putinin imzaladığı sənəddə qeyd edildiyi kimi, Rusiya tərəfinin sülh müqaviləsinin inkişafına yanaşması dəyişməz olaraq qalır: "Əlbəttə ki, yardımımızın həcmi və formaları tərəflərin hər biri üçün məqbul olmalıdır. Əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq, Moskva sülh müqaviləsi layihəsi üzrə danışıqlar üçün platformanı uğurla təmin etdi. Bir daha qeyd edim ki, biz bunu gələcəkdə də etməyə hazırıq. Biz hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət veririk".

Kopirkin əlavə edib ki, Rusiya Federasiyası Moskvanın iki müttəfiqi arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişafın arxitekturasının qurulması üçün əvəzsiz ilkin şərt hesab edir: "Ümid edirik ki, mövcud fikir ayrılıqları ən qısa zamanda həll olunacaq və ən yüksək səviyyədə üçtərəfli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin digər sahələrində də uğurlu irəliləyiş gətirəcək".

Ağarza Elçinoğlu 

Seçilən
177
47
unikal.az

10Mənbələr