AZ

Qomeldə saxlanılan yaponiyalı casusluqda ittiham olunub

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin ( DTK ) istintaq şöbəsinin rəhbəri Konstantin Bıçek bildirib ki, respublika ərazisində saxlanılan Yaponiya vətəndaşı Masatoşi Nakanişi məxfi fəaliyyətdə ittiham olunur.

32gun.az xəbər verir ki, bi barədə Belarus 1 məlumat yayıb. 

Bıçek bildirib ki, təqsirləndirilən şəxs DTK-nın istintaq təcridxanasında saxlanılır, istintaqla əməkdaşlıq edir, həmçinin fəaliyyəti ilə bağlı ətraflı ifadələr verib. 

Sentyabrın 4-də Qomeldə Yaponiya xüsusi xidmət orqanlarının agentinin saxlanıldığı barədə məlumat yayılıb. 

Bildirilir ki, o, Belarusda hərbi infrastruktur, Ukrayna ilə sərhəddəki vəziyyət , Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi və respublika daxilində vəziyyət barədə məlumat toplayıb. Casus dindirmə zamanı bildirib ki, onun hərəkətləri Belarus üçün təhlükəli ola bilər.

Nilay 

Seçilən
229
50
32gun.az

10Mənbələr