AZ

Yol qəzasında 2 nəfərin ölümünə səbəb olan sürücüyə AĞIR CƏZA

Sumqayıt Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Həsənlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 10 dekabr 2023-cü il tarixdə, saat 05:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Natiq Həsənlinin idarə etdiyi "Ford Tranzit" markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan ikisi - 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı və 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızı dünyasını dəyişib.

 

Kamal Məmmədov

 

 

Tarix: 6 Sentyabr 2024, 10:48   
Seçilən
187
14
pravda.az

10Mənbələr