AZ

Özbəkistandan Türkiyəyə gedən gənc itkin düşüb

Yazını böyüt
Yazını kiçilt

Özbəkistandan Türkiyəyə gedən gəncin itkin düşdüyü məlum olub.

Hafta.az-ın yazdığına görə, bu barədə ölkənin İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin oktyabr ayında Özbəkistandan Türkiyəyə gedərək itkin düşmüş 1999-cu il təvəllüdlü Kaşkədəryada anadan olmuş Norsaidov Doston Oktam oğlunun yaxınlarının müraciətinə əsasən axtarışa verilib.

Onun haqqında məlumatı olan vətəndaşlardan İstanbuldakı Baş Konsulluğa (0212) 323-20-37 nömrəli telefon və ya [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunub.

Bundan əvvəl Türkiyədə 4 il gizli saxlanılan özbək qadının xilas edildiyi bildirilirdi. Özbəkistanın Qarşi şəhərindən olan 21 yaşlı vətəndaş anasının 4 il əvvəl İstanbula getdiyini və 3 ildir ki, onunla əlaqə saxlamadığını Xarici İşlər Nazirliyinə bildirib.

Türkiyə qanunvericiliyinə əsasən, Türkiyə vətəndaşına qarşı şəxsi “Şəxsi iradəsinə zidd saxladığı üçün” cinayət işi başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
22
hafta.az

10Mənbələr