AZ

İqlim dəyişikliyi bir çox hallarda insan hüququnun pozulması ilə nəticələnir - Hakimlər İttifaqının sədr müavini

Bakı. Trend:

Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ var. Həminhüquqla bağlı olan bütün təməl prinsiplər insan sağlamlığınınqorunması ilə birbaşa bağlıdır. İqlim dəyişikliyi son nəticədəinsanın normal yaşam imkanlarına mane olur. Odur ki, dünyada gedənçağırışlara hüquq ictimaiyyətinin diqqətini cəlb etməklə buməsələnin həllinə hüquqşünas olaraq töhfəmizi verməliyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədrmüavini, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevjurnalistlərə müsahibəsində deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünyanaminə həmrəylik ili” elan olunduğunu və noyabrda AzərbaycanınCOP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladanS.Hacıyev fikirlərinə belə davam edib:

“COP çərçivəsində bir sıra hüquqi sənədlər qəbul olunub. Hüquqlaiqlim daim kəsişən mövzulardır. İqlim dəyişikliyi bir çox hallardainsan hüququnun pozulması ilə nəticələnir. Hüquq və dünyaictimaiyyətinin, elm adamlarının iqlim dəyişikliyi ilə insanhüquqlarının kəsişməsinə dair məsələlər barəsində məlumatlılığınınartırılması, eyni zamanda, dünya ictimaiyyətinin iqlim və hüquqmövzusuna cəlb olunması məqsədilə “Hüquq və iqlim” mövzusundakonfransı ərsəyə gətirdik. Konfransda dünyanın bir sıraölkələrindən iqlim, hüquq sahəsindən ekspertlər iştirak edir.İyirmiyə yaxın ölkədən mütəxəssislər, Ali Məhkəmənin hakimləriiştirak edir. İnanırıq ki, konfrans hüquq ictimaiyyəti üçün çoxfaydalı olacaq”.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.

Seçilən
144
2
az.trend.az

3Mənbələr