AZ

Daha bir sahibkarlıq subyekti Yevlax Pilot Aqroparkın rezidenti kimi qeydiyyatdan keçib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məmmədov Asif Akif oğluna rezident statusu verilib.

İZİA-dan İqtisadiyyat.az-a verilən məlumata görə, yeni rezident tərəfindən 21.4 hektar sahədə investisiya həcmi 200 min manat olan intensiv meyvə bağları salınacaq, 3 nəfər daimi, 8 nəfər isə mövsümi işlə təmin ediləcək.

Qeyd: Yevlax Pilot Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya imkanları yaradılır. Belə ki, aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrastrukturla təmin edilir, “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur.

Həmçinin Yevlax Pilot Aqroparkın 5 rezidentinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 7.1 milyon manat dəyərində güzəştli kredit verilib.

Seçilən
134
6
iqtisadiyyat.az

10Mənbələr