AZ

Rusiya hərbçiləri Dönetskdə yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində daha bir yaşayış məntəqəsini - Juravka kəndini nəzarətə götürüb.

Qaziler.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Juravka uğrunda döyüşlərdə Rusiya Mərkəz qoşun qrupunun hərbi qulluqçuları iştirak edib.

"Bu istiqamətdə gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələri 3,5 mindən çox əsgərini itirib", - məlumatda deyilir.

Müdafiə Nazirliyi onu da xatırladıb ki, bir həftə ərzində Donetsk vilayətinin Kirovo, Ptiçye, Skuçnoye, Karlovka, Zavetnoye və Preçistovka yaşayış məntəqələrini ələ keçirib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
qaziler.az

10Mənbələr