AZ

Almaniyada “Allahu Əkbər” qışqıran şəxs polis idarəsində terrora cəhd edib - FOTO/VİDEO

Almaniyada polis idarəsinə edilən terror aktına cəhdin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, hadisə Linz-am Reyn şəhərində baş verib. 

“Allahu Əkbər” deyə qışqıran bıçaqlı şəxs polis idarəsinin foyesinə soxularaq səs-küyə səbəb olub. Cinayətkar idarəınin içərisinə girməyə çalışsa da, polis qapını bağlayıb və əlavə qüvvələr çağırıb. 

Hadisə yerinə gələn xüsusi təyinatlılar səs-küylü tapançadan istifadə edərək hücumçunu zərərsizləşdirib. 

Hücum edən şəxs 29 yaşlı alban əsilli alman olub. Onun mənzilinə baxış zamanı təhlükəsizlik xidmətləri “İslam Dövləti”nə məxsus əşyalar aşkarlayıb. 

Müstəntiqlər həmin şəxsin terror aktı törətməyə cəhd etdiyini güman edirlər.



Bizim.Media

Seçilən
117
50
bizim.media

10Mənbələr