Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsi yekunlaşıb və pley-off mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçiləri "Birbaşa Bakı" və "Aznur" bu mərhələdə bir-birinə rəqib olacaqlar.
Bu gün keçiriləcək qarşılaşmada qalib gələn komanda "Meksikani Ber Şava" (İsrail) və "Belfut İaşi" (Rumıniya) arasında baş tutan oyunun qalibi ilə üz-üzə gələcək.
Qrup mərhələsini məğlubiyyətsiz tamamlayan "Birbaşa Bakı" (E qrupu, 5 xal, 2-ci yer) və "Aznur" (C qrupu, 5 xal, 3-cü yer) qarşıdakı oyunda mübarizəni davam etdirəcək.