AZ

Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar

Evinizdə hörümçəklərlə məşğul olmaq həm bezdirici, həm də qorxulu ola bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər təbii üsullarla bu çağırılmamış qonaqlardan necə xilas olacağınızla bağlı bir neçə tövsiyə verir.

Bu təbii üsullardan biri məsələnin sirkə ilə həlli yoludur. Bir sprey şüşəsinə bərabər həcmdə ağ sirkə (uksus) və suyu qarışdıraraq tökün. Daha sonra həmin qarışımı Hörümçəklərin toplaşdığı yerlərə püskürtün.

Hörümçəkləri qorxutmaq üçün qaranlıq künclərə sirkə ilə doldurulmuş kiçik qablar da yerləşdirə bilərsiniz. Sirkə qoxusu hörümçəkləri qorxutmağa kifayət edə bilər.

Evinizə nanə yağı da səpə bilərsiz. Standart bir sprey şüşəsini su ilə doldurun, 15-20 damcı nanə yağı əlavə edin. Bunu evin ətrafına püskürtün. Deyilənə görə hörümçəklər nanə yağının qoxusuna dözə bilmir və onu iylədikdə əks istiqamətə qaçırlar.

Əgər nanə sizi narahat edirsə, evkalipt yağı və ya çay ağacı yağından da istifadə edə bilərsiniz. Nanə yağı ilə eyni təsirə malik olduğu və eyni şəkildə istifadə oluna biləcəyi deyilir.

Evin hər küncündə və tez-tez hörümçəklərlə qarşılaşdığınız yerlərdə bir neçə at şabalıdı qoyun. Şabalıd, qoz və yalançı portağal ağacı meyvələrinin eyni təsirə malik olduğu da deyilir.

Bu məqsədlə şabalıdı yarıya bölə və ya qoxunu buraxmaq üçün şabalıdın yuxarı hissəsində deşiklər aça bilərsiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
91
10
milli.az

10Mənbələr