AZ

Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq

Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yarışlarda Azərbaycan 8 növ - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə 54 idmançı ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyəti və idmançılar bu yarışla bağlı sözügedən ölkəyə yola düşüblər.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarında 89 ölkədən 3 minə yaxın idmançı iştirak edəcək. Turnirdə 21 növ üzrə 97 dəst medal öz sahibini tapacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
15
90deqiqe.az

10Mənbələr