AZ

Azərbaycanda cəmi könüllü sığorta üzrə ödənişlər - 66% ARTIB

Azərbaycanda cəmi könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 624 milyon 107 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 820 min manat və ya 12% çoxdur.

Ötən ilin yanvar-iyul aylarında bu göstərici 559 milyon 287 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 366 milyon 814 min manat təşkil edib ki, bu da illik müqayisədə 145 milyon 488 min manat və ya 66% çoxdur.

Ötən ilin eyni dövründə 221 milyon 326 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 59% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 19% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 40% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
fed.az

6Mənbələr