AZ

Vyetnamda “Yaqi” qasırğası 21 nəfərin ölümünə səbəb olub

Pekin, 9 sentyabr, AZƏRTAC

Vyetnamın şimal hissəsini cənginə alan güclü “Yaqi” qasırğasının törətdiyi fəsadlar nəticəsində 21 nəfər ölüb, 229 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi açıqlama yayıb. Son 30 ilin ən güclü qasırğası olan “Yaqi”nin gətirdiyi külək və şiddətli yağış paytaxt Hanoy, Hayfonq, Hayduanq şəhərlərində, Yenbay, Kuanqnin, Laokay və Lanqson əyalətlərində infrastruktura xeyli ziyan vurub. Qasırğa 121 min hektar əkin sahəsində bitkiləri, 5 min hektar sahədə meyvə ağaclarını məhv edib, 3 milyon istehlakçının elektrik təchizatında fasilələr yaranıb. Məşhur turizm məkanı olan Halonq buxtasında 20 qayıq batıb. Bir neçə hava limanında ümumilikdə 400 reys ləğv edilib.

Laokay əyalətinin Sapa şəhərində torpaq sürüşməsi 26 nəfərin yaşadığı 4 evi dağıdıb. Onlardan cəmi 9 nəfəri xilas ola bilib. Hava şəraiti ilə əlaqədar bölgədə turizm məkanları bağlanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
143
18
azertag.az

10Mənbələr