Sudanda iyun ayından bəri leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 205-ə çatıb.Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.Nazirlikdən verilən açıqlamada ölkədə yağış və daşqınlar nəticəsində xəsarət alanların sayının 886-ya çatdığı, 26 mindən çox evin tamamilə, 33 mindən çox evin isə qismən dağıldığı bildirilib.Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.İyun ayından bu yana ölkədə baş verən yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.