AZ

Yazdan üstünlük Ukrayna tərəfinə keçəcək: Kiyev bu addımı daha tez atmalı idi

"2025-ci ilin yazından etibarən üstünlük Ukrayna tərəfinə keçəcək".

Bu sözləri Rusiya-Ukrayna münaqişəsində artan gərginliyi şərh edən politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna münaqişənin gedişatında taktikalarını dəyişmək və strateji üstünlüklər qazanmaq üçün müxtəlif üsullara əl atır. Ukrayna müharibənin öz ərazisindən Rusiya ərazisinə yayılmasını və bunun nəticələrini rus vətəndaşlarının da hiss etməsini istəyir:

"Əslində bu, doğru taktikadır və Ukrayna bu addımı daha tez atmalı idi. Rusiya vətəndaşları və hakimiyyəti müharibənin acı üzünü öz evində hiss etməsə, sülhün nə qədər önəmli olduğunu dərk etməyəcək. Bu baxımdan Rusiya Donbas istiqamətində irəliləsə də, Kursk əməliyyatı vacib idi. Ukrayna bu müharibədə bir ilkə imza ataraq, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə bir rus torpağını ələ keçirərək öz adını tarixə yazdı. Bu, Rusiyanın imicinə də böyük zərbə oldu".

K.Məmmədli hesab edir ki, qarşıdakı dövrdə hər iki tərəf mövqelərini möhkəmləndirməyə və əraziləri nəzarətdə saxlamağa çalışacaq:

"Rusiyanın Donbasdakı irəliləyişi daha da güclənə bilər. Lakin Ukrayna da müttəfiqlərindən hərbi yardım almağa davam edərək əks-hücumlar təşkil edərək Kursdakı mövqelərini gücləndirəcək”.

Kamran Məmmədli: Rusiyanın Donbasdakı irəliləyişi daha da güclənə bilər

Müsahibimizə görə, noyabr ayına qədər ciddi dəyişikliklər baş verməyəcək:

“Noyabr ayında isə Kamala Haris prezident seçiləcəyi təqdirdə Ukraynaya dəstək ciddi artacaq və Rusiya indiki əraziləri saxlamaq şərti ilə münaqişəni dondurmaq istəyinə nail ola bilməyəcək”.

 

Seçilən
91
50
hurriyyet.az

10Mənbələr