AZ

ABŞ-dakı “Fransine” qasırğası səbəbi ilə 380 min ev işıqsız qalıb

Bakı, TurkicWorld

ABŞ-ın Luiziana ştatına təsir edən qasırğa səbəbindən 380 min ev işıqsız qalıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) açıqlama verib.

Şəhərə saatda 155 kilometr sürətlə əsən güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb, maddi ziyan dəyib.

Qasırğanın yaratdığı güclü yağış küçə və prospektləri su altında qoyub.

Luiziana və qonşu Missisipi ştatının səlahiyyətliləri fövqəladə vəziyyət elan edib və sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq ediblər.

Luiziana qubernatoru Ceff Landri keçirdiyi mətbuat konfransında ştatda yaşayanları səyahət etməməyə, evdə qalmağa çağırıb.

Polisin verdiyi məlumata görə, Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilərkən, Lafourche bölgəsində su basmış evlərdə qalan 26 nəfər xilas edilib.

Hafiz Rufizoğlu

Seçilən
58
2
turkic.world

9Mənbələr