AZ

“AzərEnerji” rəhbərinin İtaliya səfiri ilə görüşü oldu - Foto

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançeskonun görüşü olub. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə İtaliya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri, Prezident İlham Əliyevin bir müddət əvvəl İtaliyaya səfəri və bu səfərin energetika sektoruna verdiyi töhfələr barədə müzakirələr edilib.

İtaliyanın “Ansaldo Energia” və digər şirkətlərinin Azərbaycan enerji sistemində həyata keçirilən layihələrdə iştirakı və perspektiv layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
5
6
qafqazinfo.az

10Mənbələr