AZ

Yoldaşı gizirin şəhid olduğunu necə hiss etdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı düşməni cəmi 23 saat 43 dəqiqəyə dizə gətirən, Vətən uğrunda gözünü qırpmadan şəhadət şərbəti içən igidlərdən biri də Ramil Rəhimovdur.
Yad ayağını torpaqlarımızdan birdəfəlik kəsərək düşmənə əbədi gözdağı verən qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin giziri olub.
Həyat yoldaşı Türkanə Rəhimova şəhidimizlə bağlı xatirələrindən danışarkən qeyd edib ki, onun vurulduğunu hiss edib:
"Yaralı əsgərini döyüş meydanından çıxarmağa gedəndə snayperlə vurublar. Mən həmin anı hiss etmişdim. Halım çox pisləşmişdi, sanki onun ruhunu görmüşdüm. Şəhid olmasından üç gün keçmişdi. Qızımız Dəniz üstüaçıq yatmışdı. Yuxu idi, ya ruh bilmirəm, bir də gördüm ki, kimsə onun üstünü örtür. Qızım hələ də atasına zəng etməyimi istəyir".
Daha ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
oxu.az

10Mənbələr