AZ

İlon Mask 5 ilədək həbs oluna bilər - Onun barəsində istintaq başladılıb

Amerika Məxfi Xidməti məşhur iş adamı, milyarder İlon Maska qarşı araşdırmaya başlayıb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, istintaqın mövzusu Maskın sosial şəbəkələrdəki paylaşımlarından biridir və bu paylaşımlarda ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisə qarşı təhdidlərin olub-olmadığı yoxlanılmalıdır. 

Məlumata görə, istifadəçilərdən birinin Trampı niyə öldürmək istədikləri sualına cavab olaraq Mask belə cavab verib: “Bayden və Kamalanı öldürmək heç kimin ağlına belə gəlmir”.

Qısa müddətdən sonra o, paylaşımını silərək bunun sadəcə zarafat olduğunu bildirib.

Qeyd edək ki, Amerika qanunvericiliyinə görə, ABŞ prezidentini və ya vitse-prezidentini hədələmək beş il həbs və ya külli miqdarda pul cəriməsi ilə cəzalandırılan cinayətdir. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
90
31
missiya.az

10Mənbələr